Bakının on iki rayonunda səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işləri aparılacaq.
Milli.Az bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, sözügedən işlər Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonlarını əhatə edəcək.
BŞİH başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda qeyd olunan rayonların ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərini həyata keçirəcək şirkət axtarışındadır.
Qurum həmin işlərin icrasına 57 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Milli.Az