İdman

Arda Gülər qərarını verdi - "Real"dan gedir?

28 Fevral 2025 13:03
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Real Madrid-in gənc ulduzu Arda Gülər baş məşqçi Karlo Ançelottinin vacib matçlarda ona şans verməməsi və güvənməməsi səbəbindən komandadan ayrılmağı düşünür.

Milli.Az ispan mətbuatına istinadla xəbər verir ki, bu mövsüm 28 matçda 1051 dəqiqə oynayan Arda çətinliyi yüksək olan matçlarda Ançelotti tərəfindən seçilməyib və yalnız kubok matçlarında oynamağa imkan tapıb.

İspan mətbuatının məlumatına görə, Arda Gülər icarə əsasında deyil, transfer haqqı ilə Real Madrid-dən ayrılmağı düşünür. Məşqçinin Arda ilə bağlı dediklərinə cavab olaraq, Ançelotti gənc futbolçularla davamlı danışdığını və Arda ilə münasibətlərinin yaxşı olduğunu bildirib. Lakin, Ançelotti Arda ilə ünsiyyətin azalması ilə bağlı narahatlıq hiss edir.

Gülər bu vəziyyətdən narahat olaraq, Real Madrid-dən ayrılmaq qərarını qəbul edib və gələcəkdə daha çox oyun vaxtı tapmağı düşünür.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.