Avto

Azərbaycanda ən çox nifrət edilən 5 maşın

28 Fevral 2025 17:33
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ən çox nifrət edilən 5 maşının adı açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə mühərrik yağlarından birinin səhifəsində podkast veriliş hazırlanıb.  

Aparıcıların fikrincə, ilk sırada sürücülərin ən çox nifrət etdiyi maşın "Toyota Prius"dur. Bu avtomobili sürənlər həm sevirlər, həm də söyürlər. Sözügedən nəqliyyat vasitəsinin dözümlü olduğunu söyləsələr də, əsasən, taksi sürücüləri sürdüyündən nifrət olunanlar siyahısında yer alır. 

İkinci sırada isə "Opel Vectra" yer alıb. Bu avtomobilin isə hər formada problemi olduğu deyilir. 

Üçüncü sırada isə "Renault Megane" avtomobili qərarlaşıb. Bu nəqliyyat vasitəsinin isə sönmə, farsunka, mühərrik kimi problemləri var. 

Digər sıralarda isə "Peugeot" və "Volkswagen Passat" yer alıb. Aparıcıların fikrincə, "Volkswagen Passat"ı sürən bütün sürücülər şikayət edir. Eyni zamanda avtomobilin ustası olmadığını da qeyd ediblər. Lakin podkasta gələn şərhlərdə izləyicilər bu maşının yaxşı olduğunu qeyd ediblər. 

Qeyd edək ki, sıralamada "Chevrolet Cruze" yer almasa da, ən çox şikayət olunan avtomobillərdən biri hesab olunur. 

Məlumat üçün bildirək ki, podkastın aparıcıları maşın ustaları və sürücülərlə dialoqları əsasında belə bir nəticəyə gəliblər. /Ölkə.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.