Dünya

"Tramp Putini tələyə salır: Rusiyanı vassal edəcək"

28 Fevral 2025 14:05
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donald Tramp Rusiya Prezidenti Vladimir Putini tələyə salır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"İlk baxışdan Trampın guya rusiyayönlü mövqe tutduğu görünür. Əslində, ABŞ prezidenti maksimum praqmatik mövqeyə malikdir və Rusiyanın müəyyən bir çöküşündən 3 şey əldə etmək istəyir:

- Rusiya resurslarına faktiki olaraq inhisarçı çıxış;

- Bu resurslara faktiki olaraq monopolist nəzarət;

- Rusiyanı tamamilə alçaltmaq.

Bu, onun praqmatik yanaşmasıdır, çünki Tramp bunun ona trilyonlarla dollar gəlir gətirəcəyinə inanır. O, dominantlıq, ABŞ-ın çoxdan istədiyini etmək istəyir, lakin tərəddüd edir. Çünki bu, qlobal siyasi prosesdir. Tramp minimal məbləğə Rusiyanı tamamilə vassala çevirmək istəyir", - Podolyak bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.