Maraqlı

Çili alimləri kosmosda yenilik kəşf ediblər

12 Fevral 2025 17:09
Baxış: 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çilinin Santyaqo Universitetindən olan astrofiziklərdən ibarət bir tədqiqatçı qrupu superkütləvi qara dəliklərin ətrafında qeyri-adi proseslər tapıblar.

Milli.Az xəbər verir ki, tədqiqatlar göstərir ki, bu qara dəliklər qaz emissiyalarından istifadə edərək maddəni udmağa hazırlaşır.

Alimlər Yer üzündən 170 milyon ilə 1 milyard işıq ili arası məsafədə yerləşən yeddi qalaktika klasterini tədqiq ediblər, bunlardan biri də kainatın ən böyük strukturlarından biri olan Perseus qalaktika klasteridir. Araşdırmalar nəticəsində superkütləvi qara dəliklərdən gələn parlaq rentgen və radio şüaları, eləcə də qalaktikalararası məkanı keçən nazik neon-çəhrayı qaz filamentləri aşkar edilib.

Bu isti qaz filamentləri qara dəliklərin atdığı reaktivlər vasitəsilə yaranır və onların qidalanmasında əsas rol oynayır. Qara dəliklər qalaktikalararası məkanda yayılmış bu qazla qarşılıqlı əlaqədə olur, onu soyudur və strukturlu filamentlər yaradır. Bu filamentlər qazın bir hissəsini qalaktikaların mərkəzlərinə yönəldir, orada qara dəlikləri qidalandırır və yeni reaktiv partlayışlara səbəb olacaq yanacaq təmin edir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.