Cəmiyyət

Pandemiya cərimələrin bu cür silə bilərsiniz

12 Fevral 2025 19:40
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara müxtəlif məbləğdə cərimələr tətbiq olunub.  Amma pandemiya dövrünü uğurla başa vurmağımıza baxmayaraq həmin dövrdə vətəndaşlara yazılan inzibati cərimələrin tətbiqi hələki qüvvədədir. 

Bəs icrası keçmiş cərimələr necə silinməlidir? 

Milli.Az xəbər verir ki, əgər vətəndaşa 5 il öncə maskaya görə cərimə yazılıbsa, həmin cərimə silinməlidir. İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 

İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsində göstərilir ki, həmin qərarın icra müddəti keçirsə, icraata xitamı elə qərarı qəbul edən orqan verir. Bu qərar əgər polis orqanı tərəfindən verilibse, elə polis orqanı tərəfindən xitam verilməlidir. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.