Məşhur sənətçi Bülent Ersoyun həyatı filmə çəkilir.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, "Orchestra Content" tərəfindən istehsal ediləcək filmin ssenarisini Mine Şengöz yazıb. Özünəməxsus üslubu ilə tanınan və böyük bir pərəstişkar kütləsinə sahib olan sənətçinin həyatının bilinməyən tərəfləri də ekranlara gətiriləcək.
Bülent Ersoy filmin hekayəsini bəyəndiyini bildirib. Ssenari üzərində işlərin may ayında tamamlanması planlaşdırılır. Lakin filmdə Ersoy obrazını kimin canlandıracağı hələlik açıqlanmayıb.
Sənətçi daha əvvəl sosial media hesabında bu layihə ilə bağlı həyəcanını "Həyatımın imzası" qeydi ilə bölüşüb. Filmin detalları ilə bağlı yeni məlumatların yaxın zamanda paylaşılacağı gözlənilir.
Fidan
Milli.Az