İdman

Ançelottiyə bu tarixə qədər vaxt verildi

12 Fevral 2025 14:27
Baxış: 1 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya Futbol Konfederasiyasının rəhbərliyi hələ də "Real"ın məşqçisi Karlo Ançelotti ilə razılığa gələcəklərinə ümid edir.

Milli.Az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.

Mənbənin sözlərinə görə, konfederasiyanın nümayəndələri İspaniya Superkubokundan sonra italiyalı mütəxəssisin ətrafı ilə əlaqə saxlayıb və ona DÇ-2026-nın sonuna qədər milli ilə işləməyi təklif ediblər.

İddia olunur ki, Ançelottiyə bu barədə düşünmək üçün may ayına qədər vaxt verilib.

Braziliya futbol rəsmiləri hələ də Ançelottini millinin baş məşqçisi postuna ən yaxşı namizəd hesab edirlər. Onların hələlik başqa variantları yoxdur. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.