İdman

“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə

1 Noyabr 2025 19:35
Baxış: 326
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Misli Premyer Liqasında 10-cu tur davam edir. 

Milli.Az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb.

"Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qəbul edib. "Zirə" əvvəlcə hesabda geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanmağı bacarıb. 10 turdan sonra 5 xalı olan Yevlax klubu 11-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 19 xalla 2-cidir. 

Digər qarşılaşmada "Neftçi" "Kəpəz"i sınağa çəkib. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanan "Neftçi" turnir cədvəlində iki pillə irəliləyərək 6-cı pillədə qərarlaşıb. "Kəpəz" isə 3 xalla turnir cədvəlində sonuncu pillədədir.

Misli Premyer Liqası 

10-cu tur

1 noyabr (şənbə)

17:00. "Neftçi" - "Kəpəz" - 5:1 

Qol: Emin Mahmudov, 18-pen. (1:0), Vensan Abubakar, 23 (2:0), Bassala Sambu, 73 (3:0), Sadiq Şəfiyev, 76  (3:1), Bassala Sambu, 87 (4:1), Freddi Varqas, 90+1 (5:1)
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
"Palms Sports Arena"

14:00. "Karvan-Yevlax" - "Zirə" - 2:3 

Qollar: İ.Barker, 29 (1:0), B.Konate, 57 (1:1), K.Spensi, 62 (2:1), L.Mikels, 74 (2:2), A.Qomis, 87 (2:3)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

2 noyabr (bazar) 

16:00. "Turan Tovuz" - "Şamaxı"

18:30. "Sumqayıt" - "Araz-Naxçıvan" 

3 noyabr (bazar ertəsi) 

19:30. "Sabah" - "Qəbələ"

31 oktyabr (cümə)

"Qarabağ" - "İmişli" - 2:0

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.