Türkiyə

“İlk dəfədir ki, mühafizəçisiz maşın sürürəm" - VİDEO

12 Fevral 2025 15:11
Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli elektrik avtomobili TOGG-u Malayziyanın baş naziri Ənvər İbrahimə hədiyyə edib.

"Milli.Az" xarici KİV-ə istinadən xəbər verir ki, Malayziyanın baş naziri İbrahim avtomobili ilk sürdüyü anları və iki lider arasındakı maraqlı dialoqu sosial media hesabında paylaşıb.

Belə ki, sürücü oturacağında əyləşən İbrahim Ərdoğana "Cənab prezident, mən ilk dəfədir ki, mühafizəçisiz maşın sürürəm", - deyib. 

Həmçinin, İbrahim avtomobil nadirən sürdüyünü və ölkəsində sürücü oturacağının sağda olduğunu ifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.