Dünya

Ukrayna Antiterror Mərkəzinin rəhbəri Rusiyayaya işləyirmiş

12 Fevral 2025 18:35
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Antiterror Mərkəzinin rəhbəri polkovnik Dmitri Kozyuranı Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə görə saxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" UTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

D.Kozyura şəxsən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk tərəfindən saxlanılıb.

Agenti saxlamaq üçün açıq və gizli tədbirləri əhatə edən misli görünməmiş xüsusi əməliyyat həyata keçirilib.

V.Malyukun sözlərinə görə, o, işə şəxsən nəzarət edib, xüsusi əməliyyatın hazırlanması və həyata keçirilməsi barədə birbaşa prezident Vladimir Zelenskiyə məruzə edib./report.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.