Dünya

Tramp və Zelenski telefonla danışdı - yenilənib

12 Fevral 2025 23:35
Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:35

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında məlumat verib.

"İndicə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, Prezident Putin kimi sülhü bərqərar etmək istəyir. Müharibə ilə bağlı müxtəlif mövzuları, lakin əsasən cümə günü Münhendə təşkil olunacaq görüşü müzakirə etdik. Orada nümayəndə heyətinə vitse-prezident Vens və dövlət katibi Rubio başçılıq edəcək. Ümid edirəm ki, bu görüşün nəticələri müsbət olacaq. Kütləvi, tamamilə lazımsız, qətl və dağıntılarla nəticələnən bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Tanrı Rusiya və Ukrayna xalqını qorusun!", - Tramp qeyd edib.

Telefon danışığı barədə Zelenski də "Telegram" kanalında məlumat paylaşıb.

"Az öncə Donald Trampla danışdım. Uzun söhbət oldu. Sülhün əldə edilməsi imkanları haqqında, komanda səviyyəsində birlikdə işləmək istəyimiz, texnoloji imkanlarımız, xüsusən dronlar və digər müasir istehsallarımız barədə müzakirə apardıq. Birgə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram", - Ukrayna lideri vurğulayıb.

------------
22:37


ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.

"Az öncə Donald Trampla danışdım. Uzun söhbət oldu. Sülhün əldə edilməsi imkanları haqqında, komanda səviyyəsində birlikdə işləmək istəyimiz, texnoloji imkanlarımız, xüsusən dronlar və digər müasir istehsallarımız barədə müzakirə apardıq. Birgə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram", - Ukrayna lideri qeyd edib.

----------
22:03

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.