Rusiya

Tramp və Putin bunları müzakirə etdi - yenilənib

12 Fevral 2025 21:58
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:58

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp şəxsi görüşlərin təşkili barədə razılığa gəliblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin Putinlə Tramp arasında telefon danışığı barədə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.

ABŞ Prezidenti Putini əmin edib ki, Amerika tərəfi əldə olunmuş bütün razılaşmaları yerinə yetirəcək.

"Ukraynada nizamlanma mövzusu da müzakirə olunub. Donald Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Vladimir Putin isə öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib və Donald Trampla razılaşıb ki, uzunmüddətli nizamlanmaya sülh yolu ilə nail olmaq olar.

Rusiya Prezidenti Amerika dövlətinin başçısının əsas tezislərindən biri olan "ölkələrimizin birgə işləməsinin vaxtı çatıb" tezisini dəstəkləyib.

Söhbət zamanı Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə ikitərəfli Rusiya-Amerika münasibətləri mövzularına da toxunulub.

Rusiya Prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib və Amerika rəsmilərini Rusiyada qarşılıqlı maraq doğuran sahələr, o cümlədən Ukrayna nizamlanması ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib.

Vladimir Putin və Donald Tramp şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirilməsi barədə razılığa gəliblər", deyə Kremlin malumatında qeyd olunub.

--------
21:35

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Milli.Az xəbər verir ki, tərəflər Ukrayna və Yaxın Şərqdəki münaqişələri, enerji məsələlərini və AI-ni müzakirə ediblər. Onlar sıx əməkdaşlıq, o cümlədən dövlətlər arasında gələcək səfərlər barədə razılığa gəliblər.

Danışıqlar sonradan Kreml tərəfindən təsdiqlənib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.