Rusiya və Sudan Rusiyanın hərbi-dəniz bazasının yaradılmasına dair hər şey barədə razılığa gəliblər.
Milli.Az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Sudanın xarici işlər naziri Əli Yusif Şərif deyib.
"Biz bu məsələ üzrə ümumi dil tapmışıq" , - deyə o bildirib.
Xatırladaq ki, 2023-cü ilin fevralında Sudan hakimiyyətinin Rusiya donanmasına Qırmızı dənizdə baza qurmağa icazə verdiyi məlum olmuşdu./oxu.az
Milli.Az