Maraqlı

"Ərimlə yatan və sonra mənə şəkilləri göndərən qadın" - Nara İkardini onunla da ALDADIB - FOTOlar

30 Dekabr 2024 18:00
Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi və boşanmaq üzrə olduğu həyat yoldaşı Vanda Nara arasındakı qalmaqal gündəmdən düşmür.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu Naranın ona Keita Balde ilə xəyanət etdiyini sübut edən görüntüləri məhkəməyə təqdim etdikdən sonra keçmiş arvadının digər kişilərlə də ona xəyanət etdiyini etiraf etdiyi iddia edib.

Aldığı zədə səbəbi ilə mövsümü bağlayan və vətəni Argentinada əməliyyat olunan Mauro Nara haqqında daha bir bomba iddia ortaya atıb. Ölkəsində yayımlanan "Mañanísima" adlı televiziya proqramında jurnalist Naranın xəyanət etdiyini etiraf etdiyini açıqlayıb. İddianı ortaya atan jurnalist "Vanda ilə danışdım və mənə hər şeyi dedi. İndi danışmıram, amma o vaxt demişdi və mənə işlərin necə olduğunu söyləmişdi. Mənə, 'Bəli, Keita ilə görüşmüşəm. Mauro məni C. Suarez ilə aldatmasından bir il sonra idi. Ayrıldım və özümü heç kimə açıqlamaq məcburiyyətində qalmadım dedi" ifadələrini işlədib.

Jurnalist deyib ki, "O heç nəyi gizlətmir və ya inkar etmir, heç nəyi gizlətməyə ehtiyacı yoxdur. Mənə yalnız Keita ilə çıxmadığını deyil, ayrıldıqdan sonra bir qızı olduğunu da söylədi. Subay bir qadın olduğunu və başqa kişilərlə də görüşdüyünü, amma fərqin Keita kimi bunları yaymamaqları olduğunu söylədi" deyə açıqlama verib.

İkardi isə Keita ilə Naranın yazışmalarını məhkəməyə təqdim edib. İspaniya mətbuatında yayımlanan iddialara görə, Mauro məhkəməyə arvadının Balde ilə yaşadığı münasibəti sübut edən yazışmaları təqdim edib. Argentinalı ulduzunun bütün ödəmələri də dayandırdığı iddia edilib.

Futbolçunun vəkili Lara Piro "Mauro, L-Qante və L-Qantenin ailəsindən bilet və geyim aldığı üçün kartlarını tamamilə dayandırdı" deyib.

29 sentyabr 2022 tarixində yayımlanan yazışmalar isə diqqət çəkib. Votsap üzərindən göndərilən yazışmada, İkardinin Naraya həmin görüntüləri göndərdiyi və "Məndəki məlumatlar gerçəkdir. Mənə nə etdiyini söylə. Ona nə yazdığını mənə göndər. Mənə hər şeyi göndər və bəhanə axtarma. Nə etdiniz, Vanda?" ifadələrini yazdığı görünür.

Keita Baldenin keçmiş həyat yoldaşı Simona Guatieri isə Nara üçün "Ərimlə yatan və sonra mənə şəkilləri göndərən bir qadın" sözlərini deyib. Bu iddialardan sonra Keita ilə "Sivasspor" arasındakı müqavilə sona çatıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.