Maraqlı

Boşanmaları ilə pərəstişkarlarını ŞOKA saldılar: bir vaxtlar xoşbəxt cütlüyün FOTOları

23 Oktyabr 2024 20:28
Baxış: 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın ən titullu alman futbolçusu Tomas Müller və həyat yoldaşı Liza tamamilə ayrılıb.

Tomas və Lizanın münasibətlərində problemlər olduğuna dair ilk fərziyyələr bu ilin mayında, qızın sosial şəbəkələrdə futbolçunu izləməməsinin ardından ortaya çıxıb. Üstəlik, o, profil şəklini və Müller ilə olan bütün şəkillərini silib. Və bu gün məlum olub ki, Tomas artıq Lizanın abunəçisi deyil. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bununla belə, o, hələ də sosial şəbəkələrini birlikdə fotolardan təmizləməyib, bu da boşanmanın təşəbbüskarı olmadığını güman etməyə imkan verir.  

Cütlüyün bu qədər illik evlilikdən sonra ayrılması pərəstişkarlarını şoka salıb: "15 illik evlilik... Niyə insanlar indi evli qala bilmirlər?", "Onlara görə sevgiyə inanırdım", "Onun dostu Noyer kimi, düşünürəm ki, yaxın vaxtlarda gənc qızla ailə quracaq, uşaqları olacaq".

Tomas və Liza 17 ildən artıqdır ki, birlikdədirlər və bu dekabrda evliliklərinin 15-ci ildönümünü qeyd etməli idilər.

Sizi bir vaxtlar xoşbəxt olan cütlüyün əbədi olaraq yoxa çıxmamış birgə fotolarına baxmağa dəvət edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.