Türkiyə

Türkiyə və terrorlar... - FOTO

23 Oktyabr 2024 21:23
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 10 ildə silahlı və bombalı hücumlar yüzlərlə insanın ölümünə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hücumların bir çoxunda PKK və İŞİD kimi təşkilatlar məsuliyyəti öz üzərinə götürüb.

Bu gün günorta saatlarında Ankarada TUSAŞ aerokosmik mərkəzinə edilən terror aktı ilə Türkiyə bir daha sarsıldı.

Bu məqamda ölkədə böyük səs-səda yaradan terror hücumlarından bəzilərini təqdim edirik:

Reyhanlı hücumu

11 may 2013-cü ildə Hatay şəhərinin Reyhanlı rayonunda törədilən bombalı hücumda 53 nəfər həyatını itirib. 146 nəfərin yaralandığı hücumun icraçıları və təşviqçiləri ömürlük həbsə məhkum ediliblər.

Suruç hücumu
 

20 iyul 2015-ci ildə Şanlıurfa şəhərinin Suruç rayonunda terror hücumu nəticəsində 34 nəfər həlak olub, 150-dən çox şəxs yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Ankara vağzalına hücum

10 oktyabr 2015-ci ildə Ankara Vağzalının qarşısında keçirilən Əmək, Sülh, Demokratiya mitinqi zamanı iki kamikadze hücumu həyata keçirilib. Türkiyə tarixinin ən qanlı hücumu olaraq tarixə düşən hücumlarda 103 nəfər həyatını itirib, 500-dən çox yaralı qeydə alınıb. Bu hücuma görə də məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Diyarbəkir hücumu

2015-ci il iyunun 5-də HDP-nin Diyarbəkirdə keçirdiyi mitinq zamanı bombalı hücum həyata keçirilib. Hücum nəticəsində 5 nəfər ölüb, 400-dən çox adam yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

"Reina" hücumu

2016-cı ilin son günündə İstanbulda "Reina" gecə klubuna silahlı basqın nəticəsində 39 nəfər həlak olub. Hücumun İŞİD üzvü Abdulkadir Maşaripov tərəfindən həyata keçirildiyi açıqlanıb.

Sultanəhməd hücumu

12 yanvar 2016-cı ildə İstanbulun Sultanəhməd meydanında İŞİD-in üzərinə götürdüyü kamikadze hücumunda 12 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.

Ankara Baş Qərargah qərargahına hücum

17 fevral 2016-cı ildə Ankarada Baş Qərargah binasının qarşısından hərbi xidmət maşınları keçərkən bomba yüklü avtomobillə hücum təşkil edilib. TAK-ın üzərinə götürdüyü hücumda 29 nəfər ölüb, 61 nəfər yaralanıb.

Atatürk hava limanına hücum

Həmin ilin iyunun 28-də Atatürk Hava Limanının Beynəlxalq Terminalına edilən hücumda 45 nəfər həlak olub. İŞİD-in üzərinə götürdüyü hücumda 250-yə yaxın adam yaralanıb.

"Vodafone Arena" hücumu

2016-cı il dekabrın 10-da İstanbulun Beşiktaş şəhərindəki "Vodafone Arena" stadionunda keçirilən oyundan sonra bomba yüklü avtomobillə hücum təşkil edilmiş və çevik polis avtobusu hədəf alınmışdı. İlk hücumdan saniyələr sonra Maçka parkında bomba daşıyan şəxs polisin fərqinə vardıqdan sonra partlayıcını işə salmışdı. Ümumilikdə hücumlar zamanı 40-ı polis olmaqla 47 nəfər həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.