Hadisə

Şəkidə avtomobil ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb

16 Avqust 2025 17:51
Baxış: 309
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəkidə yol nəqliyyat hadisəsi baş verib, ana və iki azyaşlı övladı xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 28 yaşlı Rəvanə Qurbanova və iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.