Hadisə

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

16 Avqust 2025 16:56
Baxış: 312
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə "Toyota" markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona "saxla" işarəsi verilib.

Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib.

Məlumata görə, F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.