İqtisadiyyat

Yağışdan zərər görmüş bu şəxslərə yardım ediləcək - AÇIQLAMA

23 Oktyabr 2024 20:00
Baxış: 2 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən günlər ərzində ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində bir qism daşınmaz və daşınar əmlaklara, o cümlədən avtonəqliyyat vasitələrinə zərər dəymişdir. Bu zərərlərlə bağlı Assosiasiyamıza, o cümlədən sığorta şirkətlərinə də çoxsaylı müraciətlər daxil olur.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, daşınmaz əmlakı Daşınmaz əmlakın icbari sığortası növü üzrə, daşınar əmlakı isə Əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə sığortalanmış vətəndaşlar sığortalandıqları müvafiq sığorta şirkətlərinə müraciət edə bilərlər.

O cümlədən avtonəqliyyat vasitəsi Kasko üzrə sığortalanmış vətəndaşlar da öz sığorta şirkətlərinə müraciət edərək hadisənin qeydiyyata alınmasını təmin etməlidir ki, bununla da zərərin tənzimlənməsi həyata keçiriləcək.

Yağışa görə iclas keçirildi: Naizrlər məruzə ilə çıxış etdilər - FOTOlar

İnqilab Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.