Maraqlı

Onlayn ayaqqabı sifariş vermişdi, qutudan zəhərli canlı çıxdı - VİDEO - FOTO

19 Oktyabr 2024 10:22
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə onlayn alış-veriş mağazasından ayaqqabı alan gənc qız qorxu dolu anlar yaşayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Bristol universitetinin tələbəsi Sofia Alonso-Mossinger alış-veriş saytından özünə ayaqqabı sifariş edib. O, evə gətirdiyi karqonu açanda qutudan ayaqqabı əvəzinə canlı əqrəb çıxıb.

Nə edəcəyini bilməyən qız bu barədə müvafiq orqanlara şikayət ərizəsi yazıb. Qurumdan bildirilib ki, araşdırma aparılır.

Qeyd edək ki, belə bir olay ilk dəfə yaşanmır, bir sıra ölkələrdə karqo qutularından qəribə əşyalar çıxmasına dair faktlar var.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.