Ölkə

Tağı Əhmədovun vida mərasiminə hansı tanınmış şəxslər gəldi? - FOTO

19 Oktyabr 2024 12:10
Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov ötən gün vəfat edib.

Milli.Az xəbər verir ki, Tağı Əhmədovla ilə vida mərasimi keçirilib.

Vida mərasimində ölkə ictimaiyyətinin tanınmış şəxsləri də iştirak edib.

Vida mərasimində Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, daxili işlər nazirinin sabiq müavini, polis general - leytenantı Oruc Zalov və Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şironov da iştirak edib.

Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün Əhmədli qəbristanlığına aparılıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov bu gün 75 yaşında vəfat edib. 

Tağı Əhmədov son illərdə yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkib. Tağı Əhmədov uzun illər "Bakı Metropoliteni" QSC-nin rəisi vəzifəsində çalışıb. 

Tağı Əhmədovun DOSYESİ

İnqilab Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.