Şou-biznes

Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir - FOTO

18 Oktyabr 2024 16:25
Baxış: 4 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun fərdi sahibkar fonda olan borcları ilə bağlıdır. Belə ki, sənətçi yaranmış vergi borclarını müəyyən vaxt keçməsinə baxmayaraq, ödəməyib.

Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətdə onun vergiləri ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.

Müraciətə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, aktyor, ssenarist, bloqer və aparıcı Emil Vurğun oğlu Musayev "Planet Parni iz Baku" ŞHK teatrının aktyorudur. O, "Bəxt üzüyü 2", "Məhəllə 3", "Qapı" və s. filmlərdə rol alıb. Sənətçi həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.