Ölkə

Əfv olunan şəxs 75 yaşlı kişini qətlə yetirdiyi üçün yenidən məhkəmə qarşısında

19 Oktyabr 2024 12:58
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

75 yaşlı kişini qəsdən öldürən şəxsin məhkəməsi başlayır.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə təqsirli bilinən İsayev Zahid Səməndər oğlunun məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, hadisə bu il iyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Hazırda istintaq Nizami rayon prokurorluğunda aparılır. 

Onu da qeyd edək ki, Zahid İsayev ağır cinayət törətməyinə baxmayaraq 2017-ci ildə imzalanan əfv fərmanı ilə azadlığa çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.