Ölkə

"Xalxal" alternativ və bərpa olunan enerji mənbələrində istehsal gücünün 20 faizini təşkil edir - FOTO

19 Oktyabr 2024 11:03
Baxış: 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvanda ilk dəfə 2015-ci ildə 22 meqavat gücündə "Xalxal" Günəş Elektrik Stansiyası tikilib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Naxçıvan Günəş Stansiyalarının direktoru Fərid Səfərov deyib.

O bildirib ki, bu stansiya 230 meqavat gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasından sonra generasiya gücünə görə Cənubi Qafqazda və ölkədə ikinci ən böyük GES-dir.

"İl ərzində burada 30 milyon kilovatt/saat enerji istehsal olunur. Bu stansiya alternativ və bərpa olunan enerji mənbələrində istehsal gücünün 20 faizini təşkil edir. 36 hektar sahədə 86383 ədəd günəş panelləri quraşdırılıb.

Hazırda Naxçıvanda 4 GES - "Xalxal" GES, "Şərur" GES, "Kəngərli" GES və "Culfa" Külək-Günəş Hibrid Elektrik Stansiyaları fəaliyyət göstərir.

Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən "Total Energies", "Czech Engineering", "Nobel Energy", "Masdar", "ACWA Power", "China Energy", "Notus" ilə günəş enerjisi layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir.

Bu istiqamət üzrə "Yol xəritəsi" hazırlanır. Bu enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib.

Əslində, enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də vardır ki, burada günəşli günlərin sayı çoxdur", - deyə o qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.