Ölkə

COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı oldu - FOTOlar

19 Oktyabr 2024 11:21
Baxış: 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açılış mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un gənclər iqlim üzrə çempionu Leyla Həsənova, könüllülər və media nümayəndələri iştirak edib, mərkəzdə yaradılan zonalarla tanış olublar.

Mərkəz qeydiyyat, akkreditasiya kartlarının və uniformaların paylanması üçün zona, dəstək masası və qeydiyyat zonası yaradılıb.

Qeyd edilib ki, mərkəz həftənin 6 günü fəaliyyət göstərəcək.

Mərkəzin açılış mərasimində jurnalistlərə açıqlama verən COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, COP29 üçün hazırlanan uniformalar həm rəng, həm də dizayn nöqteyi-nəzərindən zövqlə seçilmiş bir geyimlərdir.

"Uniformalar həm əməkdaşlara yaraşacaq, həm də COP29-un əməkdaşlarının digər qonaqlardan seçilməsinə imkan verəcək",- deyə nazir əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.