Paris yaxınlığında yerləşən "Chateau d'Armainvilliers" adlı villa qiyməti ilə diqqət çəkir.
Milli.Az unikal-a istinadən xəbər verir ki, Avropa, Yaxın Şərq və Monqolustandan alıcılarının olduğu deyilən qala "Dünyanın ən bahalı evi" olaraq bilinib.
Qiyməti 425 milyon avro ( 773 milyon manat) olan ev 2500 hektar ərazidə yerləşir və 100 otaqdan ibarətdir. Müxtəlif tematik yataq otaqlarının sayı isə 17-dir.
Həmçinin, evə dəbdəbəli anbar və işçilər üçün ayrı mənzillər daxildir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun