Dünyanın ən bahalı evi - bu qiymətə - FOTOlar

20 Oktyabr 2024 12:05

Paris yaxınlığında yerləşən "Chateau d'Armainvilliers" adlı villa qiyməti ilə diqqət çəkir.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Avropa, Yaxın Şərq və Monqolustandan alıcılarının olduğu deyilən qala "Dünyanın ən bahalı evi" olaraq bilinib.

Qiyməti 425 milyon avro ( 773 milyon manat) olan ev 2500 hektar ərazidə yerləşir və 100 otaqdan ibarətdir. Müxtəlif tematik yataq otaqlarının sayı isə 17-dir. 

Həmçinin, evə dəbdəbəli anbar və işçilər üçün ayrı mənzillər daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun