Maraqlı

Dünyanın ən kiçik 3 it cinsi – Təəccüblənəcəksiniz...

6 Oktyabr 2024 17:15
Baxış: 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik itlərə maraq həmişə var. Çünki kiçik ev heyvanlarının üstünlükləri var.  Bəs, dünyanın ən kiçik it cinsləri hansılardır? 

Milli.Az lent.az-a istinadən həmin cins itləri təqdim edir: 

Çihuahua

Bu cinsin nümayəndələri çox kiçik ölçülərə malikdir. Onların boyu cəmi 19-20 santimetrdir. Üstəlik, yetkin çihuahuanın çəkisi üç kiloqramdan çox olmur. Ancaq ölçülərinə baxmayaraq, bu cinsin itləri çox aqressivdirlər.

Yorkshire Terrier

Bu cinsin nümayəndələri möhtəşəm saç düzümünə görə bir qədər hündür görünə bilərlər. Ancaq onların orta boyu 16 santimetrdir. Yetkin bir Yorkshire Terrierinin ölçüsü 3 kiloqramdan bir az çoxdur. Maraqlısı isə odur ki, əvvəllər Yorkshire Teriyeri gəmiricilərlə mübarizə üçün istifadə ediblər. 

Oyuncaq Terier

Bu cinsin nümayəndələri olduqca hündür ola bilər. Məsələn, 20 santimetrdən yuxarı boyda olmaları mümkündür. Ancaq onlar əvvəlki iki cinsdən daha az çəkiyə malikdirlər. Yetkin bir oyuncaq terierin çəkisi 1,5 kq-dan az olur. Cins keçən əsrin əvvəllərində yetişdirilmiş və çox məşhurlaşmışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.