Maraqlı

Alimlər Maskın "Starlink" peyklərindən zinhara gəldi: görün nəyə səbəb olur

19 Sentyabr 2024 06:54
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər milyarder İlon Maskın "Starlink" peyklərindən şikayətlənirlər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yeni "Starlink" peyklərinin köhnə peyklərə nisbətən 32 dəfə daha çox radio müqavimət yaratdığı bildirilir.

Hollandiya, Britaniya, Fransa və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu "Starlink"in kosmosdakı müşahidələrə mane olan güclü radio müqaviməti yaratdığını sübuta yetiriblər.

Bu barədə aparılan tədqiqat "Astronomy&Astrophysics" (A&A) elmi jurnalında dərc olunub. Araşdırma 19 iyul 2024-cü ildə LOFAR radio teleskopu ilə aparılıb. Müşahidələr zamanı komanda həm birinci, həm də ikinci nəsil peyklərdə təsadüfən elektromaqnit şüalanma aşkar edib.

Təhlil göstərib ki, ikinci nəsil peyklər birinci nəsillə müqayisədə 32 dəfə daha parlaq təsadüfi radio dalğaları yayır. Bundan əlavə, bu səviyyələr emissiyalar üçün müəyyən edilmiş beynəlxalq tənzimlənən hədləri və hətta yerüstü elektromaqnit uyğunluğu standartlarını potensial olaraq üstələyir.

Tədqiqatçılar vurğulayıblar ki, ikinci nəsil peyklər rabitəni yaxşılaşdırmaq üçün nəzərdə tutulsa da, radio emissiyaları astronomik müşahidələrin bütövlüyünə artan təhlükə yaradır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.