Ölkə

Bakıda tədris ilə başlayan “tıxaclar dövrü” – AÇIQLAMA

19 Sentyabr 2024 21:10
Baxış: 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yeni tədris ili ilə bərabər sanki yeni "tıxaclar dövrü" başlayır. Təəssüflər olsun ki, növbəti "tıxaclar dövrü" vəziyyətin hər il əvvəlkindən daha gərgin olduğunu göstərir.

Bunu Trend-ə hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Məktəblərin qarşısında avtomobil saxlanılması məsələsinə münasibət bildirən Ə.Hüseynov qeyd edib ki, məktəblərin qarşısında da dayanma, durma və parklanma qaydaları var.

"Yəni hər yerdə olduğu kimi, məktəblərin də qarşısında dayanma durma qaydaları eynidir. Dayanma qadağandırsa, məktəblərin qarşısında maşın saxlamaq olmaz və buna riayət olunmalıdır.

Ümid edək ki, tıxaclarla bağlı vəziyyət bu il ötənilkindən pis olmayacaq. Burada sürücülər, valideynlər diqqətli olmalıdırlar. Uşaqlar məktəbə gedib gəlməlidir, tələbələr universitetə gedib gəlməlidir. Yaxşı olardı ki, mükəmməl ictimai nəqliyyat olsun və onlar ictimai nəqliyyatdan istifadə etsin", - deyə o əlavə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.