Hava bu tarixdən soyuyur - Dəhşətli şaxtalar gəlir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin avqustu dünyada temperaturun yüksəlməsi baxımından 2023-cü ilin eyni dövrü ilə birinci yeri bölüşüb. Ötən ay orta aylıq temperatur 2023-cü ildə olduğu kimi 16.8 dərəcə olub. Son 50 ildə avqust ayında dünyada orta temperatur 1.3 dərəcə artıb. Məlumdur ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.
Avqust ayında qeydə alınan temperaturu nəzərə alsaq, payızda bizi hansı hava şəraiti gözləyir?
Milli.Az xəbər verir ki, bununla bağlı meteoroloq Cavid Hüseynov "Yeni Sabah"a açıqlamasında ən son məlumatları bölüşüb:
"Respublikamızda yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək davam edir. Sentyabr ayının III ongünlüyündən başlayaraq havanın temperaturu aşağı enməyə başlayır. Sentyabr ayının orta aylıq temperaturu:
Abşeronda- 21,3-22,4 °C, Lənkəran-Astara zonasında- 15,6-21,5 °C, Kür-Araz ovalığında- 21,4-22,5 °С, Kiçik Qafqazın şərq yamacında- 10,5-19,8 °С, Kiçik Qafqazın şimal yamacında- 11,8-13,8 °С, Qazax-Gəncə zonasında- 19,8-20,4 °С, Böyük Qafqazın cənub yamacında- 11,8-19,6 °С, Böyük Qafqazın şimal-şərq yamacında- 10,3-19,3 °С, Naxçıvanda isə 20,5-21,9 °С müşahidə edilir".
Ekspert ən çox yağıntının hansı bölgəyə düşəcəyini də qeyd edib:
"Oktyabr və noyabr aylarında havanın temperaturunda intensiv olaraq enmə davam edir və Noyabrda minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınır.
Abşeron yarımadasında payız mövsümündə yağıntıların miqdarı və dəyişmə əmsalları qış qiymətlərindən az fərqlənir. Payız yağıntıları ən çox Astara və Lənkəranda müşahidə edilir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb





