Bakıda məşhur ticarət mərkəzi satılır - 13 milyona
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə il öncə yanan və konstruksiyası zədələndiyi üçün tamamilə sökülən "Diqlas" ticarət mərkəzinin ərazisinin satışa çıxarıldığı haqda məlumat yayılıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, ərazisinin 13 milyon manata təklif edildiyi bildirilir.
Mövzu ilə bağlı saytımıza danışan əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, "Diqlas" TM-in ərazisi bir hektardan daha azdır:
"Ərazisinin dəqiq sahəsi haqda məlumat olmasa da, müxtəlif hesablamalarla 0,6-0,7 hektar olduğu təxmin edilir. Buna görə də hazırkı bazar qiymətləri ilə ərazinin 13 milyon manata satışa çıxarılması normaldır, sotu təxminən 180 min manat civarında edir. Nəzərə alın ki, satış zamanı qiymətdə enmə də mümkündür".
"Diqlas" TM-in yandıqdan sonra uzun müddətdir istifadəsiz qalması və zibilliyə çevrilməsinə gəlincə, ekspertin fikrincə, bu məsələyə dövlətin reaksiyası lazımdır:
"Əhalinin gur olduğu məkanlarda bu cür zibillik yuvasına çevrilən yerlərin olmasına rəsmi qurumların reaksiyası və sahibkara hər hansı tələblər qoyması mütləqdir. Yəni sahibkardan ya tikilini bərpa etmək, ya satmaq, ya da ən azı hasarlanması və təmiz saxlanılmasını tələb etmək mümkündür. Diqqət edirsinizsə, "Diqlas"ın ərazisi də daxil olmaqla, şəhərin bir çox yerindəki bu cür istifadəsiz qalan və zibilliyə çevrilən torpaqların son vaxtlar hasarlanması və təmizlənməsini müşahidə edirik. Yəqin ki, bu, COP29-a hazırlıqla bağlıdır və müsbət tendensiyadır. Amma hasarlamaların eyni rəngdə və eyni materiallarla olması bu prosesin dövlət büdcəsi hesabına aparıldığı təəssüratını yaradır. Əgər bu təmizləmə və hasarlamalar dövlət büdcəsi hesabınadırsa, hesab edirəm ki, bu, büdcə vəsaitlərindən səmərəsiz istifadədir. Əksinə, yerin sahiblərinə tələb qoyulmalı və ərazinin təmiz, şəhərin gözəlliyinə xələl gətirmədən saxlanılması təmin edilməlidir".
O ki qaldı "Diqlas"ın ərazisinin satılacağı halda onun yerində nə tikilə biləcəyinə, Ramin Osmanlının fikrincə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi orada hər hansı iri ticarət mərkəzinin tikilməsinə imkan verməməlidir:
"Ümumiyyətlə, mövcud vəziyyət göstərir ki, ənənəvi yanaşmadan imtina etmək vacibdir və yol kənarlarında, piyada səkiləri və yol çiyinlərində ticarət mərkəzi, avtoxidmət və yaxud digər iaşə xidmətlərinin tikilməsinə yol vermək şəhərə xəyanət etməkdir. Çünki yolun düz kənarında tikilən bu obyektlər sıxlığa və ciddi tıxaclara səbəb olur. Bu yanaşmalardan birdəfəlik imtina etmək lazımdır və "Diqlas"ın ərazisi də daxil olmaqla, gələcəkdə bu cür yerlərin layihələndirilməsində bu faktların nəzərə alınması vacibdir. Bakı yollarının daralmasına, sıxlığa səbəb olacaq yolkənarı obyektlərlə bağlı ciddi ölçü götürülməsə, hazırkı vəziyyət daha dözülməz olacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
XƏBƏR LENTİ
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)





