İqtisadiyyat

Azərbaycanda bu avtomobillərin qiyməti yenə BAHALAŞIB

19 Sentyabr 2024 19:28
Baxış: 2 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil bazarında ardıcıl 3 ay qiymət azalmalarından sonra yenidən artım qeydə alınıb.

Bu barədə Milli.Az-a İqtisadi və Sosial İnkişaf Mərkəzidən (CESD) məlumat verilib.

Bildirilib ki, elektriklə işləyən və hibrib avtomobillərinin qiymətlərində artımlar qeydə alınmaqdadır. Bu həmin avtomobillərə tələbin yüksəlməsi ilə bağlıdır. Həmin avtomobillərin qiyməti 4.3 faiz yüksəlib.

Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə tələbin yenidən artması müşahidə olunub və həmin avtomobillərin qiyməti 2.6 faiz yüksəlib.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil idxal olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.