İran

Pezeşkian Ermənistan hakimiyyətini təbrik etdi

19 Sentyabr 2024 19:53
Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian Müstəqillik Günü münasibətilə Ermənistan hakimiyyətini və xalqına təbrik məktubu göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "News.Am" məlumat yayıb.

İran Prezidenti bildirib ki, qarşıdakı illərdə iki dost və qonşu ölkə arasında münasibətlər müxtəlif aspektlərdə daha da dərinləşəcək və bu, hər iki xalqa fayda verəcək.

Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubunda bildirib ki, İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və o gündən hər ikisi mehriban qonşudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.