Maraqlı

Sirr açılır: Stalinin türk agenti - Ənvər Paşanın qatili olan ermənini o öldürübmüş

31 Avqust 2024 17:01
Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ənvər Paşanın yerini sovet kəşfiyyatına bildirən və onun şəhid olduğu basqına rəhbərlik edən Georges Ağabekov "türk" agenti tərəfindən öldürülüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu detal Stalinin xüsusi əməliyyatlar rəisi Pavel Sudoplatovun xatirə kitabında üzə çıxıb.

Birbaşa Stalindən əmr ala bilən Sudoplatov sovet məxfi xidmətinin xüsusi bölməsinə rəhbərlik edib. 1953-cü ildə "rejimə xəyanət" ittihamı ilə həbs edilən Sudoplatov 1992-ci ildə həbsdən çıxıb. O, 1994-cü ildə xatirələrini "Xüsusi tapşırıqlar - Sovet kəşfiyyatı rəisinin xatirələri" adı altında çap etdirib. Həmin kitabda o vaxta qədər təfərrüatları məlum olmayan sovet qətlləri təsvir edilib.

Kitabda Sudoplatovun komandanlığı altında işləyən bir "türk" killerdən də bəhs edilir. Onun sözlərinə görə, türk killerin öldürdükləri arasında qaçaraq Avropaya sığınan erməni əsilli Georges Ağabekov da var:

Ağabekov Birinci Dünya Müharibəsində Osmanlı ordusunda Baş komandan müavini olan Ənvər Paşanın yerini müəyyənləşdirib. Onun rəhbərliyi ilə 1922-ci il avqustun 4-də Paşanın şəhid olduğu basqın həyata keçirilib.

1920-ci illərdə İstanbulda da xidmət edən Ağabekovun sonu həmin "türk"ün əli ilə gəlib. Xəbərlərdə Ağabekovun İspaniya sərhədindəki Prene dağlarında öldürüldüyü bildirilsə də, o, əslində 1937-ci ildə Parisdə bir evdə öldürülüb. Onun cəsədi çamadana qoyularaq dənizə atılıb. Çamadan isə sonradan tapılmayıb.

Sudoplatov türkün daha bir əməliyyatını da təsvir edib: "Türk və gənc agent Aleksandr Korotkov 1938-ci ildə növbəti terror aktı törətdilər. Litva yəhudisi Ale Taubman adlı gizli agentimiz Trotskinin Avropa təşkilatına rəhbərlik edən Rudolf Klementin etimadını qazanmışdı. Bir gecə o, Klementi şam yeməyinə dəvət etdi. Qonaq gedəcəyi evdə türk və Korotkov onu gözləyirdilər. Türk Klementi bıçaqla öldürdükdən sonra onun başını bədənindən ayırıb, cəsədini çamadana qoyub və Sena çayına atıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.