Maraqlı

125 min dollara kosmosa hava şarı ilə səyahət

5 İyul 2024 00:30
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kosmik turizm şirkəti "Space Perspective" insanları Yerdən 32 kilometr hündürlüyə qaldıracaq hava şarının inşasını tamamlayaraq ilk sınaq uçuşunu həyata keçirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, səyahətin qiyməti 125 min dollar olaraq müəyyən edilib və uçuşların bu ilin sonunda başlaması planlaşdırılır.

Həyəcan axtarışında olanlar 125 min dollar dəyərində bilet alaraq nəhəng bir şarda kosmosun ucqar nöqtələrinə səyahət edə biləcəklər.

Şirkət həmçinin vurğulayıb ki, raketlərdən fərqli olaraq, onların inşa etdiyi kapsullar yerdən daha yavaş və daha yumşaq şəkildə ayrılacaq.

Sözgedən səfərin altı saat çəkəcəyi bildirilir. Kapsulun daxili hissəsi həm geniş, həm də rahatdır və 8 müştəri ilə bir kapitanı daşıyacaq.

Kapsulda bar, Wi-Fi və sərnişinlər üçün tualet olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.