"Onlara damar daxili sehrlənmiş maye ilə inyeksiya edilir və..." - Zirəddin açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə ilahiyyatçı kimi tanınan və videoları kifayət qədər baxış toplayan Ömer Aktaşöz adlı din mütəxəssisi maraqlı bir iddia ilə gündəmə gəlib. Onun fikrincə, bəzi dövlətlər cinləri kəşfiyyatda istifadə edərək digər dövlətlərin sirlərini oğurlayırlar. Hətta ilahiyyatçı daha da irəli gedərək bir sıra ölkələrin adlarını sadalayıb: Rusiya, İngiltərə, ABŞ, İsrail və s.
O deyib ki, cinlər çox sürətli olduqlarından bu məqsədlərlə istifadə edilirlər. Türkiyədə də bu metoddan istifadə edildiyini dilə gətirib.
Bəs bu iddiaların reallıq payı nə qədərdir?
Həqiqətən, dövlətlər başqa ölkələrin məlumatlarını oğurlamaq üçün bu varianta əl atırlar, yoxsa səslənən fikirlər sadəcə cəfəngiyatdır?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan məşhur ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev bir sıra məqamlara toxunub.
O, Quranda sehr və cadunun haram buyurulduğunu bildirib:
"Adını çəkməyəcəm, amma bu yaxınlarda ilahiyyatçı kimi tanınmış biri ümumiyyətlə, sehr və cadunu inkar edərək bildirdi ki: "Qarabağı savaşla qaytardıq, sehr və cadu olsaydı, onunla qaytarardıq". Düzü, çox təəccübləndim ki, müqəddəs kitabımız olan Quran sehr və cadunun mövcudluğunu nəinki inkar edir, hətta onların haram və təhlükəli olduğunu bildirir. Bundan əlavə, həmin "ilahiyyatçının" məntiqini başa düşə bilmədim. Belə çıxır ki, biz sehrdən istifadə etmişik? O zaman heç kim deyə bilməz ki, 44 günlük savaşda erməni tərəfi sehr və cadudan istifadə etməyib. Bəlkə, elə bütün hərbi qarşıdurmalarda sehr və cadu qarşıdurmaları var və ona görə orada da kimsə udur və ya uduzur?"
Ekstrasens deyib ki, cinlərin güc strukturlarında istifadə olunması bir az mübahisəli məsələdir:
"Əvvəla, cinlərin varlığını sübut etmək lazımdır. Bu, "hacıların-hocaların" danışıqları ilə olmur. Bəli, Quran sübut edir ki, cinlər mövcuddur, amma orada da onların bizim həyatımızda nə kimi rol oynadıqları təfsilatı ilə yazılmayıb. Sadəcə, cinlər haqqında hədislər var, o da... Bütün bu mövhumları araşdıranda görürük ki, cinlərin varlığı islam dini inancına bağlıdır. Elə isə müsəlman olmayan dövlətlər necə? Yoxsa təkcə müsəlman ölkələri cinlərdən istifadə edir? Məhz bu səbəbdən qeyd edim ki, dövlət başçılarına və güc strukturlarına cinlər, ruhlar deyil, nəticə lazımdır. Bəzi dövlətlərdə güc strukturlarının məxfi laboratoriyaları var ki, orada psixiatrların, nevroloqların və psixoloqların ekstrasensorika və ezoterika ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda dövlət rəhbərləri, güc strukturları bundan faydalanırlar. Sovetlər dönəmində də belə olub".
Z.Rzayev fironlarla bağlı məsələyə toxunub:
"Tarixə nəzər salsaq görərik ki, hətta fironların dövründən bu günə qədər hər şahın öz münəccimi, kahini olub. Kralın Nostradamusu, çar Nikolayın Rasputini, Stalinin Volf Messinqi, Amerikanın Edqar Keysisi və Bolqarstanın Vanqası var idi. Bu gün də metafizik varlıqları elmi baxımdan bunu nə inkar edirlər, nə də sübut edə bilirlər. Ancaq ortada çılpaq bir həqiqət var - o da budur ki, dövlət rəhbərlərinə və güc strukturlarına nəticə lazımdır. Bura isə öncəgörmələr, telepatik qabiliyyət, psixokinez və s. bacarıqlar daxildir".
Ekstrasensin sözlərinə görə, günümüzdə dünya iqtisadiyyatını idarə edən gizli və qeyri-dövlət qurumları okkult elmlərdən, gizli qüvvələrdən aktiv olaraq istifadə edirlər:
"Diqqətlə baxsanız, görərsiniz ki, Qərb ölkələrini və Amerikanı dəstəkləyən prezidentlərin bir qismi qeyri-adi davranışları ilə hər kəsi təəccübləndirirlər. Məsələn, Saakaşvilinin kamera önündə qalstukunu çeynəməsi, Rumıniya prezidentinin kamera önündə qələm oğurlaması, Merkelin qəfildən titrəməsi, Bayden isə göz önündədir. Bu insanlar prezident olmamışdan öncə gizli qurumlar tərəfindən tibbi müayinə adı altında cadulanırlar. Onlara damar daxili sehrlənmiş maye ilə inyeksiya edilir və bəzilərində bu, əks təsir effekti verir. Bütün bunlar hamısı məhz sehr və cadu ilə əlaqəlidir. Bu prezidentlər sırasında Zelenski də var... İndi mənə desinlər, dünyanı sehr və cadu ilə idarə edirlər, yoxsa yox? (gülür)..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub - (Video)
-
Sumqayıtda zəncirvari qəza - 5 nəfər xəsarət alıb - (Video)
-
Bayılda binanın fasadı qopdu - (Video)
-
Bakı yolları iflic vəziyyətdə - (Video)
-
Bu da Elgizin yeni verilişi - (Video)
-
Xırdalanda binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - (Video)
XƏBƏR LENTİ
-
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir
-
Ronaldo və Messi eyni komandada oynayacaq
-
Tovuzda zəncirvari qəza olub, ölən var
-
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
-
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub - (Video)
-
Sumqayıtda zəncirvari qəza - 5 nəfər xəsarət alıb - (Video)
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
-
Ancelina Coli Xarkovda - (Foto)
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
Bayılda binanın fasadı qopdu - (Video)
-
Yevlax və Bərdədə qaz olmayacaq
-
300 balı əvvəlcə sayılmadı, sonra 627-yə yüksəldi
-
Bakı yolları iflic vəziyyətdə - (Video)
-
"Son nəfəsində xahiş etdim ki, nə olar, məni sevdiyini de" - Yaşar Nurinin həyat yoldaşı
-
Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika
-
Benzema bu klubda pulsuz oynamağa razı oldu
-
Valeh Kərimov işsiz qalıb: “Deyirlər ki, bunun ömrü qurtarıb”
-
Binəqədidə yarımtikilidə yanğın olub - (Video)
-
Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atıb
-
"Sabah"la oyundan əvvəl "Mançester Yunayted"in ulduz futbolçusu zədələndi - (Foto)
-
Bu da Elgizin yeni verilişi - (Video)
-
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı





