Maraqlı

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

13 May 2024 08:35
Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu mərhələdə insan hiss və istəklərini itirməyə başlayır.

İnsan ilk növbədə aclıq, sonra isə susuzluq hissini itirir. Sonra toxunma, eşitmə və görmə hissləri yox olur.

Baş beyin travmalarının araşdırılması mərkəzinin mütəxəssisinin sözlərinə görə, insan orqanizmi ölüm ayağında olanda beyin bəzi hissələrini yaşamaq üçün lazımsız hesab etdiyinə görə, onları söndürür.

İnsan ölümə yaxın beyinin bəzi hissələrində qıcıqlanma baş verir, bu, görmə orqanına təsir edir, ona görə də, bəzi insanlar ölüm anında işıq görməyə başlayırlar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.