Maraqlı

Paltaryuyanın bu iki düyməsini eyni anda basın: az adamın bildiyi özəllik

24 Aprel 2024 04:04
Baxış: 2 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi evdar qadınlar paltaryuyan maşında iki düymənin eyni anda basılmasından xəbərsizdir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, söhbəti  "İntensiv yuma" və "Yüngül ütüləmə" düymələrindən gedir. 

Bildirilir ki, bu düymələrin ikisini eyni vaxtda basdıqda maşın özünü təmizləmə rejimini aktivləşdirməyə imkan verir. Nəticədə cihazın vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşır. Qoxu və göbələk yox olur.

Ən maraqlısı odur ki, əlavə və bahalı vasitələrdən istifadə etmədən istənilən nəticə əldə edilir.

Bundan əlavə daha bir seçim var. Birinci düymənin əvəzinə "Əlavə durulama" düyməsini basın. Basma müddəti 2-3 saniyə olmalıdır. Sonra "Başlat" düyməsini sıxmalısınız.

Nəticədə paltaryuyan maşının tamburu təmizlənməyə başlayacaq.

Yuyucuda yuxarıda təsvir edilən əməliyyat proqramı yoxdursa, sirkə istifadə edərək pis qoxunu aradan qaldıra bilərsiniz.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.