28 yaşlı qadın evtanaziya ilə həyatına son verəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Niderlandda yaşayan gənc qadın psixi sağlamlıq problemlərinə görə qanuni olaraq həyatına son qoymaq qərarına gəlib.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Hollandiyada Almaniya ilə sərhədə yaxın kiçik bir kənddə yaşayan Zoraya Ter Bik ağır depressiya, autizm və sərhəd şəxsiyyət pozğunluğu ilə mübarizə apardığı üçün evtanaziya edilmək istəyir.
Bir vaxtlar psixiatr olmaq arzusunda olan 28 yaşlı qadın həyatı boyu psixi sağlamlıq problemləri ilə mübarizə aparıb.
O, həkimlərinin "Sənin üçün edə biləcəyimiz başqa bir şey yoxdur" dedikdən sonra bu üsula qərar verdiyini açıqlayıb.
"Heç vaxt vəziyyətim yaxşılaşmayacaq", - gənc qadın bildirib.
Zoraya 40 yaşlı sevgilisi və iki pişiyi ilə yaşayır. O, may ayında qanuni olaraq ömrünü başa çatdıracaq.
"Free Press" yazır ki, Avropada ölümcül xəstə olmayan, lakin mənəvi ağrı içində yaşamağa davam etməkdənsə, ölməyi seçən insanların sayı getdikcə artır. İqtisadi qeyri-müəyyənlik, iqlim dəyişikliyi, sosial media və digər nüanslar səbəbindən daha çox insan depressiya və ya anksiyete kimi psixi sağlamlıq problemlərindən əziyyət çəkərək həyatlarını bitirmək qərarına gəlir.
"Artıq evtanaziyanın həkimlər və psixiatrlar tərəfindən masaya gətirilən məqbul bir seçim olduğunu görürəm, halbuki əvvəllər son çarə idi. Bu fenomeni psixiatrik xəstəlikləri olan insanlarda və xüsusən də tibb işçilərinin əvvəlkindən daha asan imtina etdiyi gənclərdə müşahidə edirəm", - Hollandiyanın Kampen İlahiyyat Universitetinin səhiyyə xidməti üzrə eksperti Stef Xunevud deyib.
Qeyd edək ki, Hollandiya 2001-ci ildə dünyada həkim dəstəkli intiharı qanuniləşdirən ilk ölkə oldu. O vaxtdan bəri evtanaziya getdikcə daha populyar bir seçim halına gəlib.
Niderland mediasına görə, 2022-ci ildə ölkədə evtanaziya nəticəsində 8720 nəfər ölüb. Bu, ölkədəki bütün ölümlərin təxminən 5%-ni təşkil edir, əvvəlki illə müqayisədə 1% artım var.
Fevral ayında Hollandiyanın 93 yaşlı keçmiş baş naziri Dris van Aqt və həyat yoldaşı evtanaziya ilə həyatlarına son qoyublar.
Evtanaziyanın leqallaşdırılmasını tənqid edənlər deyirlər ki, qanunla insanlar özlərini öldürməyə həvəsləndirilir və intiharların artımı epidemiyanı xatırladır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
XƏBƏR LENTİ
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)





