Maraqlı

Dünyanın ən bahalı avtomobil brendi dəyişdi - FOTO

21 Fevral 2024 22:49
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Brand Finance"ın yeni hesabatına əsasən, "Mercedes-Benz" "Tesla"nı keçərək dünyanın ən qiymətli avtomobil markası kimi mövqeyini bərpa edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Tesla"nın ikinci mövqeyə düşməsi elektrik avtomobili istehsalçısının reputasiyasına və marka dəyərinə mənfi təsir edən İlon Mask ətrafındakı mübahisələr fonunda baş verib. Şirkət sahibi barədə söz-söhbətlər "Tesla"nın 12% dəyərdən düşməsinə və brendin qiymətinin 58,3 milyard ABŞ dollarına qədər azalmasına səbəb olub.

Bu arada, "Mercedes-Benz" brendinin dəyəri 1% artaraq 59,4 milyard ABŞ dollarına çatıb.

Dəbdəbəli idman avtomobil arasında Ferrari 90.0/100 xalla brend mükəmməlliyini qoruyur.
"Bosch's" isə 14,6 milyard ABŞ dolları dəyərində olmaqla ən bahalı və güclü avtomobil komponentləri markasıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.