Maraqlı

"SpaceX" şirkəti "Starlink" İnternet peyklərinin yeni partiyasını orbitə çıxardı

3 Yanvar 2024 22:36
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə dairəsinin orbital artırmaq üçün 21 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.

"21 "Starlink" peykinin çıxarılması təsdiqlənib", - məlumatda bildirilib.

Qeyd edilib ki, raketin buraxılışı ötən gün Sakit Okean vaxtı ilə 19:44-də Kaliforniya ştatında yerləşən Vandenberq ABŞ Kosmik Qüvvələrinin bazasındakı SLC-4E meydançasından həyata keçirilib. Təxminən bir saat sonra peyklər orbitə çıxarılıb.

"SpaceX" artıq orbitə 5,6 mindən çox belə peyk çıxarıb, onlardan bəziləri uğursuz olub. Hazırda istifadədə olan internet peyklərinin sayı 5,2 mindir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.