Yaşıl Əjdaha ili: 2024-cü il nə vəd edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarşıdan gələn 2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur. Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır.
Çində Əjdahaya, ümumiyyətlə, çox hörmət edirlər: o, bir vaxtlar sarsılmaz imperator hakimiyyətinin rəmzi olub. Məsələn, Tsin sülaləsinin hakimiyyəti illərində Əjdaha təsviri dövlət bayrağını bəzəyirdi, rəiyyət isə hətta sehirli "heyvanın" fiquru olan libas geydiyinə görə edam hökmü ilə cəzalandırıla bilərdi. Bəs, müasir dövrdə bu varlığın təsviri ilə üzləşən insanların həyəcanlanmasına səbəb varmı? Əsla yox. Birincisi, Şərq təqviminə əsasən, özündə Yerlə göyün ruhunu cəmləyən ilahi varlıq olan Əjdahanın üzərində təhvil olan il 12 illik tsikldə ən firavan və uğurlu illərdən biri hesab edilir. İkincisi, 2024-cü ildə bu varlığın ağac kimi yaşıl rəngdə olması ilin kifayət qədər ruzili olacağına işarədir. Yaşıl Əjdaha, digər Əjdaha illəri arasında ən sakit və təmkinlisidir.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya ölkələrində Yeni il Qriqorian təqvimi ilə müqayisədə bir qədər gec başlayır, bu, birbaşa səma ulduzları olan Günəş və Ayın yerləşməsindən asılıdır. Ona görə də, Şərq təqviminə əsasən, Əjdaha ili 2024-cü ilin yanvar ayının 1-də yox, fevralın 10-da başlayacaq və 2025-ci il yanvarın 28-də başa çatacaq. Bu müddət ərzində yeni təqvim ilinin günləri bir çoxlarının hətta iquanaya və ya varana bənzətdikləri bu mifik heyvanın "himayəsi" altında olacaq.
Əjdaha daha çox vaxtilə Yer kürəsində mövcud olmuş və daha sonra kökü kəsilmiş dinozavrlara bənzəyir. Çünki Qədim Çin mifologiyasında Əjdahanın müxtəlif ölçülərdə və fərqli quruluşlara malik çoxsaylı növlərinə rast gəlinir.
Şərq qoroskopu beş təbiət ünsürünə əsaslanır: Od, Su, Dəmir, Ağac və Torpaq. Onların hər biri müvafiq rəngləri ilə seçilir. Təqvimin tam tsikli 60 ilə bərabərdir, buna görə də, simvollar yalnız 60 ildən bir üst-üstə düşür. Daha doğrusu, bundan əvvəlki Yaşıl Əjdaha ili 1964-cü ilə təsadüf edib, növbəti dəfə isə 2084-cü ildə təkrarlanacaq.
Beləliklə, bizi 2024-cü ildə nə gözləyir? Bu ilin ünsürü Ağacdır. O, özündə fiziki və mənəvi yüksəlişi ehtiva edir, ona görə də özünə inanan, məqsədyönlü və xeyirxah əməlləri olan insanları bu ildə uğur və nailiyyət müşayiət edəcək. İlin energetikasında üstünlük təşkil edən yaşıl rəng yenilənməni, tərəqqi və yüksəlişi, yeni həyatın başlanğıcını və çoxsaylı maraqlı hadisələrin bir-birini əvəzləməsini simvolizə edir. Ağacdan olan Əjdaha demək olar ki, istənilən şəraitə uyğunlaşmağa kömək edəcək. Astroloji proqnozlara görə, çətinliklər çoxaldıqda onların öhdəsindən gəlmək üçün səylərimiz və gücümüz də bir o qədər çox olacaq.
Astroloqlar bu ili xüsusi və qeyri-adi şəkildə qarşılamağı tövsiyə edirlər. Eynilik və bayağılıq Əjdahanın xoşuna gəlmir. Qüssəyə qapılmaq, monoton həyat tərzi keçirmək və kədərlənmək olmaz. Yeni il gecəsini parlaq və şən əhval-ruhiyyədə keçirənlər Əjdahanı sevindirəcəklər. Yaxın və doğma insanlara hədiyyələr bağışlamaq, onları sevindirmək arzuolunandır. Süfrəyə bayram yeməkləri ilə yanaşı yarma, alma, təzə göyərti qoyulsa, daha yaxşı olar. İl ərzində bir-birinə xoş sözlər demək və gülərüz olmaq vacibdir.
Proqnozlara əsasən, Əjdaha ili xüsusilə Siçan və Pələng ilində doğulanlar üçün uğurlu olacaq. Əsad odur ki, Əjdaha heç bir çətinlikdən qorxmur və risk etməyi sevir!
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
XƏBƏR LENTİ
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin





