Maraqlı

“Şaban”ın məşhur avtomobili satışa çıxarıldı

11 Oktyabr 2023 08:14
Baxış: 4 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Türkiyəli aktyor Kemal Sunalın (məşhur "Şaban" obrazının ifaçısı - red.) 1984-cü ildə Almaniya turnesi zamanı aldığı və bir çox filmlərində istifadə etdiyi "Mercedes" markalı avtomobil satışa çıxarılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, avtomobil onun hazırkı sahibi Ahmet Yılmaz tərəfindən satılır.

Ahmet Yılmaz qeyd edib ki, o, bu maşını 2007-ci ildə alıb.

"O zaman İstanbulda yaşayan bir dostum vasitəsilə almışdım avtomobili. Mən bu nəqliyyat vasitəsini əldə edəndə onun Kemal Sunala məxsus olduğunu bilməmişəm. Bunu biləndə çox sevindim və o gündən maşını qorudum. O vaxtlar çoxları almaq istəyirdi, amma satmaq fikrim olmayıb", - deyə Ahmet Yılmaz qeyd edib.

Avtomobilin hazırkı sahibi qeyd edib ki, o, hər zaman "Mercedes"i idarə edərkən mərhum aktyorun xatirəsinə ehtiramla yanaşıb.

"Amma indi satmaq qərarına gəldim. Avtomobili alan şəxsdən yalnız onun pulunu ödəmək tələb edilmir. O da mənim kimi avtomobili idarə edərkən Kamal Sunalın xatirəsini uca tutmalıdır", - deyə Ahmet Yılmaz əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory