Maraqlı

Soyuqdəymədən özünüzü qoruyun

11 Sentyabr 2023 05:31
Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstəliklərlə müqavimət apararaq qrip və soyuqdəyməyə qalib gəlmək üçün 7 önəmli məsləhətə riayət edin

Milli.Az Axşam.az-a istinadən bildirir ki, qrip və soyuqdəymənin qarşısını asanlıqla almaq üçün sadəcə bəzi nüanslara diqqət etməyiniz yetər.

1. Əllərinizi dirsəklərinizə qədər yuyun. Çünki  bədənimizdə ən çox mikrobla təmasda olan bu hissələrdi.
2. Ayaqlarınızı isti saxlayın. Bu, sizin soyuqlama riskinizi 60 faiz azaldacaq.
3. Ağız boşluğunu hər gün təmizləməyi unutmayın. Yalnız dişlər deyil, diş ətləri də xeyli miqdarda mikrob daşıyıcısıdı.
4. Gecələr ən azı 7 saat yatın. Bu müddətdən az yatanların bədənində xəstəliklə mücadilə aparmaq üçün enerji tükəndiyindən onların soyuqlama riski digərləri ilə müqayisədə 3 qat artıqdı.
5. Dırnaqlarınızı kəsin. Uzun dırnaqlar sizə gözəl  görünüş versə də onların mikrob daşıyıcısı olmasını da unutmayın.
6. Həftədə 1-2 dəfə cinsi əlaqədə olun. Araşdırmalara görə, bu vasitə də soyuqdəymə ilə mübarizədə faydalıdı.
7. Toyuq şorbası için. Antibiotik təsirə malik olan  bu şorbanı qrip və soyuqdəymədən qorunmaq üçün mütləq qəbul edin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.