Elçiliyə gələn kişiləri hamamda yandırırdı - Qadından TÜKÜRPƏDƏN HƏRƏKƏT - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adətən, hökmdarların qəddarlığı haqqında tarixi sənədlərə göz gəzdirəndə daha çox kişi adlarına rast gəlinir. Amma qadın hökmdarlar haqqında elə faktlar məlumdur ki, onların adları qəddarlığın və amansızlığın sinonimi olub.
Milli.Az-ın bu icmalında öz amansız əməllərilə tarixdə iz buraxan 5 qadından söz açılır.
Knyaginya Olqa

.jpg)
Rəssam V.İ. Surikov, Knyaginya Olqa knyaz İqorun cəsədi yanında.
X əsrdə Rusiyanı idarə etmiş knyaginya Olqa, tarixdə, əri knyaz İqorun ölümündə şübhəli bilinənlərə qarşı öz amansız qisası ilə yadda qalıb. Knyazı qətlə yetirən drevlyanlar (İndiki Ukrayna ərəzisində yaşamış şərqi slavyan tayfaları) Olqaya onların knyazı ilə evlənməsi haqda təklif göndərirlər.
Salnamədə göstərilir ki, Olqanın yanına gələn elçilər onun əmrilə atları ilə birgə çuxura atılaraq diri-diri basdırılır. İntiqamçı dul qadın bununla kifayətlənmir. O, elçiləri hələlik qonaq etdiyini və drevlyanların ən yaxşı kişilərini guya seçim üçün ona göndərmələrini xahiş edir. Onlar həvəslə razılaşırlar. Təşrif buyuran qonaqlara hamamda çimmək təklif edilir və hamısı orada yandırılır. Daha sonra knyaginya təxminən 5 min nəfəri amasızlıqla qətlə yetirərək knyaz İqorun qısasını öz təbirincə almış olur.
Qanlı Meri (Mariya I Tyudor)
.jpg)
İngiltərə kraliçası Mariya I Tyudor.
Mariya I Tyudor tarixdə qanlı Meri ləqəbilə yadda qalıb. İngiltərədə ona heç bir abidə qoyulmayıb və onun öldüyü günü ölkə sakinləri milli bayram kimi qeyd ediblər.
Amansız kraliça protestantlarla mübarizə aparan fanatik katolik idi. Onun qara siyahısına düşən tanınmış simalar dəhşətli işgəncələrə məruz qalırdılar. Mariya onları xüsusi qəddarlıqla ələ salır, cinsiyyət orqanlarını kəsərək, onları yeməyə məcbur edirdi. Bundan sonra kraliça, ölümcül hala salınan qurbanların tonqallarda yandırılmasını özü müşahidə edirdi.
Qanlı Merinin idarəçiliyi dövründə 3000-dən çox ruhani öz məqamlarından məhrum edilmiş, onlardan 300-ü isə tonqallarda yandırılmışdı. Üsyana qalxan insanlara dəhşətli əzab verilir, başları kəsilir, yandırılırdılar. Minlərlər insan İngiltərənin hüdudlarına qaçırdılar. I Mariyanın etdiyi bütün vəhşiliklər, yalnız onun ölümündən sonra başa çatdı.
Çin imperatriçəsi Tsı Si
.jpg)
50 il hökmdar olmuş Çin imperatriçəsi Tsı Si.
Ağıllı, gözüaçıq və amansız Tsı Si ən aşağı kəniz dərəcəsindən imperatriçəyə qədər yüksəlməyi bacarmışdı. 16 yaşlı qız intriqalar hörür, hərəmağalarını ələ alır və Çin imperatorunun dincliyinə düşə bilmək üçün bütün vasitələrdən istifadə edirdi.
Baxmayaraq ki, hökmdarın arvadı var idi, imperatordan uşaq dünyaya gətirən Tsı Si dərhal hərəmxanada əsas söz sahibinə çevrilə bilir. Zamanla qadın öz təsirini daha da gücləndirir və ölkənin idarəçiliyində qeyri-formal iştirak etməyə başlayır. İmperatorun ölümündən sonra onun naibi olmağı bacarır. Qadın üsyanları amansızcasına boğur, qonşu və qərb ölkələrilə bağlı təcavüzkar siyasət yürüdürdü. Yazılır ki, imperatriçənin çoxlu gənc məşuqu var idi, hansılar ki, keçirilmiş gecədən sonra, məşum qadın onları öldürməyi əmr edirdi. 50 illik idarəçiliyi dövründə bu qadın ölkəni tamamilə iflasa uğratdı və özü haqqında ancaq neqativ xatirələr qoydu.
Kastiliyalı İzabella - kraliça-inkvizitor
.jpg)
Kastiliyalı İzabella. 1490-cı il.
XV əsrdə Kastiliya və Leonun hökmdarı bidətlə mübarizədə olduqca amansız idi. İdarəçilik illəri ərzində kraliça-inkvizitor 10 mindən çox insanın tonqalda yandırılması əmrini verib. Amansız katolik hökmdar dinə tabe olmayan hər kəsi tonqalda yandırırdı. Özünün qeydlərinə görə, onun bütün əməlləri inam naminə idi...
Darya Saltıkova
.jpg)
Sadist mülkədar Darya Saltıkova
Evlilikdən qısa müddət sonra Saltıkova dul qalır və 26 yaşında artıq Moskva, Voloqda və Kostroma quberniyalarında təxminən 600 təhkimçi kəndlinin işlədiyi bir neçə malikanənin sahibi olur.
Mülkədar Darya Saltıkova öz himayəsində çalışan 138 kəndlini amansızlıqla qətlə yetirib.
Qulluqçuların müntəzəm döyülməsi ən adi günahlara görə baş verirdi: pis yuyulmuş döşəmə, pis yuyulmuş paltar və s. Əvvəlcə o, kəndliləri çubuq, odun parçası, şallaq və s. ilə döyürdü. Get-gedə cəzalar sərtləşdi və təqsirkarları atabaxanlar, onlar ölənə qədər döyməyə başladı. Polis bütün bu hadisələrə səthi yanaşırdı. Mülkədar bolluca məbləğ ödəyərək, yox olmuş kəndliləri qaçmış və ya itkin düşmüş kimi qələmə verdirirdi.
Zaur Həsənəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şüyüdlü krep ruleti resepti
-
Motosiklet sürücüsü sürətli yolda uşağın həyatını təhlükəyə atdı - (Video)
-
Lökbatanda taksi sərnişin avtobusu ilə toqquşdu - (Video)
-
Badımcanı bir də belə yoxlayın
-
2 kiloqram ərik mürəbbəsinə nə qədər şəkər tozu vurulmalıdır?
-
Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
XƏBƏR LENTİ
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb (Video)
-
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
-
Əhməd Rəcəblidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Riyaziyyatda yeni dövr: Biliklər beynəlxalq standartla ölçüləcək
-
Şüyüdlü krep ruleti resepti
-
"General Hospital"ın fəaliyyəti dayandırıldı
-
Goranboyda qonşular dava etdi - Xəsarət alanlar var
-
Sabah Binəqədidə qaz kəsiləcək
-
Abituriyentlərin riyaziyyat, fizika və coğrafiya nəticələri aşağıdır - Məleykə Abbaszadə (MÜSAHİBƏ)
-
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
-
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - Yenilənib
-
Özbəkistan 2 kəndi qonşuya verdi
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - (Foto)
-
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
-
Elçin İsmayılova "Space"də yüksək vəzifə verildi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
Tehranda Əli Xameneiyə görə üç günlük tətil elan ediləcək
-
İmtahan bitən kimi “ictimai ekspertiza başlayır” - Məleykə Abbaszadə
-
Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram"
-
Avaxılda evləri aylıq 12 min manata kirayə verirlər





