Maraqlı

Ağız ətrafındakı qırışları bununla yox edin

28 May 2023 13:40
Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağız ətrafındakı qırışlar yaşlanmanın ilkin göstəricilərindəndir. Gülərkən daha çox büruzə verən bu xətlər xanımları hər zaman narahat edir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qırışlar dərinləşmədən onların qarşısını evdə edəcəyiniz bəzi baxımla ala bilərsiniz.

İlk növbədə yaşlanmanın qarşısını alan kremlər çəkin. Bu hissədə dəri daha zərif olduğu üçün həssasdır. Hər gün günəş kremi istifadə edin. Çünki qırışlar günəş şüasından daha da dərinləşə bilər.

Gecə kremlərindən istifadə edən. Yatmazdan əvvəl mütləq nəmləndirici krem çəkin. Çünki gecə kremi dərini qalınlaşdırır və onun qırışmasının qarşısını alır.

Kosmetoloqlara müraciət edin. Üzünüzə vitaminlərin, nəmləndirici vasitələrin vurulmasını istəyin. Pilinq etdirin. Pilinq qırışları hamarlaşdırmağa yardımçı olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.