Maraqlı

“Deputat ola bilməsəm də prezidentimin yanında həmişə yerim var”

11 Aprel 2023 19:48
Baxış: 1 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olmaq üçün 5-ci dəfə müraciət edən, lakin namizədliyi qəbul edilməyən müğənni İbrahim Tatlısəs məsələ ilə bağlı açıqlama verib.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, sənətçi bununla bağlı tviter hesabında paylaşım edib: "Mənim məsələm Türkiyədir! Mənim məsələm Urfadır! Mənim məsələm cənab Ərdoğandır!"

İ.Tatlısəs daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə görüntüləndiyi fotosunu paylaşaraq yazıb: "Biz bu tablonun aşiqləriyik, başqa heç nə məni maraqlandırmır. Mən millət vəkili olmuşam, ya olmamışam, problem deyil. Hörmətli prezidentimin yanında həmişə yerim var, hamı bunu belə bilsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.