Maraqlı

Çox qaynadılan, tünd dəmlənən çayın fəsadları

11 Fevral 2023 19:15
Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çay gündəlik həyatımızda əl çəkə bilmədiyimiz vərdişlərdəndir. Onu dəmləmək düşündüyümüz qədər də asand eyil. Araşdırmalar zamanı bəlli olub ki, çayı dəmləməyin də xüsusi qaydası var.

Yanlış dəmlənən çay bir çox xəstəliklərə yol açır. Düzgün dəmlənməyən çayın təkcə dadı pis olmur, həm də sağlamlıq üçün ziyandır.

Çayı ocaq üstündə uzun müddət saxlamayın. Bu hal onun dadının acı olmasına gətirib çıxarır. Əgər çay dəmləndisə, götürün və heç bir halda yenidən ocaq üstünə qoymayın. Əgər kafedə çay içəndə onun acı dadı varsa və ya ağzınızı büzürsə, deməli çox ocaq üstündə qalıb.

Ocaqda çox saxlanılan çay hansı fəsadları yaradır:

İlk növbədə mədə xəstəliklərinə gətirib çıxarır. Mədə xorasının yaranma səbəbləri arasında ilk yerdə bu dayanır.

Çox dəmlənən və isti içilən çay xərçəng riskini çoxaldır. Çox qaynayan dəmi ağ suya tökəndə bakteriyalar çoxalır.

Tünd çay qaraciyər üçün də ziyandır. Bir çox xəstəliklərin yaranmasına gətirib çxıarır.

Çox qaynayan çay ürək üçün də təhlükəlidir. Ürəyi zəiflədir, problemlərin yaranmasına gətirib çxıarır.

Çalışın çayı balaca qabda dəmləyib, tez bitirəsiniz. Ən əsası isə tünd çaydan uzaq olun. Bu, dəri rənginizi də tündləşdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.